Azərbaycanlı hakim liderlərin matçına təyin olunub

Xəbərlər
31 Dekabr 2023 18:23
124
Azərbaycanlı hakim liderlərin matçına təyin olunub

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, voleybol üzrə Çempionlar Liqasının “Halkbank” – “Pyançensa” matçında iş başında olacaq.

Zülfüqarov yanvarın 10-da Ankarada kişi komandalar arasında 5-ci tur çərçivəsində baş tutacaq qarşılaşmada ədaləti qoruyacaq. Bernard Valentar (Sloveniya) oyunda digər hakim funksiyasını yerinə yetirəcək. Qrupda ilk iki pillədə qərarlaşan klubların dueli lideri müəyyənləşdirmək baxımından mühüm rol oynayacaq.

Qeyd edək ki, Zülfüqarov bu mövsümdə turnirin 3 oyununda hakim olub.

İdman.biz