Nərgiz İsmayılova Çempionlar Liqasının 1/4 final mərhələsinə təyinat alıb

25 Mart 2026 12:57
97
Nərgiz İsmayılova Çempionlar Liqasının 1/4 final mərhələsinə təyinat alıb

Azərbaycanlı mütəxəssis Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

N.İsmayılova kişilər arasında Çempionlar Liqasının 1/4 final mərhələsində İtaliyanın “Kuçine Lube” və Polşanın “Aluron” komandalarının qarşılaşmasında supervayzer kimi iştirak edəcək.

Qeyd edək ki, bu gün İtaliyada baş tutacaq qarşılaşmanın hakimləri portuqaliyalı Rikardu Ferreyra və yunanıstanlı Vasileios Vasileiadis olacaq.

İdman.Biz