Qadınlardan ibarət voleybol millisi təlim-məşq toplanışı üçün Macarıstana yollanıb

12 May 2026 12:37
132
Qadınlardan ibarət voleybol millisi təlim-məşq toplanışı üçün Macarıstana yollanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı davam etdirmək üçün Macarıstana yollanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Bildirilib ki, milli mayın 12-dən 16-dək Macarıstanda təlim-məşq toplanışında olacaq. Daha sonra Faiq Qarayevin rəhbərlik etdiyi komanda hazırlığı Sloveniyada davam etdirəcək. Bu ölkədə təşkil olunacaq təlim-məşq toplanışı mayın 29-dək davam edəcək.

Hazırlıq proqramında milli komandanın bir sıra yoxlama oyunları keçirməsi də planlaşdırılır. Təlim-məşq toplanışlarına 14 voleybolçu cəlb olunub.

Qeyd edək ki, Azərbaycan yığması Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millinin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.

İdman.Biz