Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Vüqar Bayramov çıxış etdiyi “Xilasedici” klubu ilə müqaviləsinin müddətini uzadıb.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, voleybolçu növbəti mövsümdə də Bakı təmsilçisinin formasını geyinəcəyini bildirib.
Qeyd edək ki, Vüqar Bayramov başa çatan mövsümdə “Xilasedici”nin heyətində Yüksək Liqanın çempionu olub.
