Voleybol üzrə Azərbaycan birinciliyində yarımfinalçılar müəyyənləşib

13 Mart 2026 20:07
113
Voleybol üzrə Azərbaycan birinciliyində yarımfinalçılar müəyyənləşib

Bu gün voleybol üzrə 16 yaşadək qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin pley-off mərhələsinə start verilib.

İdman.Biz xəbər verir ki, qızların oyunları Azərbaycan Voleybol Federasiyasının (AVF) idman zalında, oğlanların qarşılaşmaları isə Abşeron Olimpiya İdman Kompleksində keçirilib. Oyunların nəticələrinə əsasən yarımfinal mərhələsində mübarizə aparacaq komandalar müəyyənləşib.

Qızların yarışında ümumilikdə 8 komanda – “AZERRAIL”, “Gəncə RVK”, “Möminə Xatun”, “Milli Aviasiya Akademiyası”, “Oğuz RVK”, “Xarı Bülbül-3”, “Turan” və “Şərqi Zəngəzur RVK” pley-off mərhələsində mübarizə aparıb. Qarşılaşmaların nəticəsinə əsasən “AZERRAIL”, “Milli Aviasiya Akademiyası”, “Xarı Bülbül-3” və “Şərqi Zəngəzur RVK” komandaları qələbə qazanaraq yarımfinala vəsiqə əldə ediblər.

Oğlanların yarışında isə “Gəncə RVK”, “Bakı RVK”, “Embawood”, “Turan”, “Sumqayıt RVK” və “Oğuz RVK” komandaları pley-off mərhələsində çıxış ediblər. Görüşlərin nəticəsinə görə “Bakı RVK”, “Sumqayıt RVK”, “Embawood” və “Turan” komandaları qalib gələrək yarımfinal mərhələsinə yüksəliblər. “Oğuz RVK” isə ən yaxşı nəticə göstərən komanda kimi yarımfinalda iştirak hüququ qazanıb.

Qeyd edək ki, sabah həm qızlar, həm də oğlanlar arasında yarımfinal oyunları keçiriləcək. Bütün qarşılaşmalar Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.

Oyunların nəticələri:

13 mart
U-16 (qızlar)
AZERRAIL – “Gəncə RVK” 3:0 (25:11, 25:8, 25:18)
“Möminə Xatun” – “Milli Aviasiya Akademiyası” 0:3 (11:25, 19:25, 15:25)
“Oğuz RVK” – “Xarı Bülbül-3” 2:3 (23:25, 21:25, 25:15, 25:21, 9:15)
“Turan – “Şərqi Zəngəzur RVK” 2:3 (13:25, 25:23, 25:23, 22:25, 8:15)
Ünvan: AVF-nin idman zalı

U-16 (oğlanlar)
“Gəncə RVK” – “Bakı RVK” 0:3 (12:25, 14:25, 21:25)
“Embawood” – “Turan” 3:0 (25:7, 25:9, 25:11)
“Sumqayıt RVK” – “Oğuz RVK” 3:2 (21:25, 25:18, 25:10, 21:25, 24:22)
Ünvan: Abşeron OİK

Yarımfinal oyunlarının proqramı

14 mart
U-16 (qızlar)

10:00. AZERRAIL – “Milli Aviasiya Akademiyası”
12:00. “Xarı Bülbül-3” – “Şərqi Zəngəzur RVK”
Ünvan: AVF-nin idman zalı

U-16 (oğlanlar)
14:00. “Bakı RVK” – “Oğuz RVK”
16:00. “Embawood” – “Sumqayıt RVK”
Ünvan: AVF-nin idman zalı

İdman.Biz