UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

11 İyun 2026 17:15
107
UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

Qadın voleybolçulardan ibarət UNEC komandasının yeni baş məşqçisi məlum olub.

İdman.Biz xəbər verir ki, AZƏRTAC-a açıqlama verən klubun prezidenti Vüqar Məmmədov bu barədə məlumat verib.

O, Azərbaycan millisinin sabiq baş məşqçisi Fərid Cəlalovla anlaşdıqlarını və yaxın günlərdə rəsmi müqavilə imzalanacağını bildirib.

Qeyd edək ki, F.Cəlalov son olaraq “DH Volley” komandasını çalışdırıb.

İdman.Biz