Yığmamızın Polşa və Estoniya ilə oyunlarının vaxtı dəqiqləşib

Xəbərlər
28 Dekabr 2023 11:00
97
Yığmamızın Polşa və Estoniya ilə oyunlarının vaxtı dəqiqləşib

20 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisinin Şərqi Avropa Voleybol Zona Assosiasiyasının (EEVZA) çempionatında oyunlarının təqvimi açıqlanıb.

İdman.biz xəbər verir ki, gələn il yanvarın 10-17-də Polşada Qojuv-Velkopolski şəhərində təşkil olunacaq yarışda yığmamız ilk matçını Estoniyaya qarşı keçirəcək.

Komandamız ardınca Ukrayna, Latviya və Polşanı sınağa çəkəcək.

EEVZA çempionatı
11 yanvar

23:00. Azərbaycan - Estoniya
12 yanvar
20:00. Azərbaycan – Ukrayna
13 yanvar
23:00. Azərbaycan – Latviya
14 yanvar
20:00. Azərbaycan – Polşa

Qeyd edək ki, yarış “AVRO-2024”ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

İdman.biz

Məqalədə: