“Murov Az Terminal” voleybol klubu heyətini yeni voleybolçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat verilib.
Komanda Aslan Həmidovu transfer edib.
Onunla 2026/2027 mövsümünü əhatə edəcək müqavilə imzalanıb.
Qeyd edək ki, Aslan Həmidov Azərbaycan millisinin üzvüdür. 21 yaşlı mərkəz bloklayıcısı son üç mövsümdə Bakı “Azərreyl”inin formasını geyinib. Onun karyerasında Azərbaycan millisinin əsas və gənclər komandalarının heyətində Avropa Voleybol Konfederasiyasının (CEV) təşkil etdiyi turnirlərdə çıxışları da var.
