Yığmamızın yeni baş məşqçisi: “Ataman Güneyligil komandanı yaxşı tanımadı”

Xəbərlər
27 Dekabr 2023 10:57
152
Yığmamızın yeni baş məşqçisi: “Ataman Güneyligil komandanı yaxşı tanımadı”

“Ataman Güneyligilə təşəkkürümüzü bildiririk ki, komandamızda işləyib”.

İdman.biz xəbər verir ki, bunu qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisi Faiq Qarayev deyib.

Təcrübəli mütəxəssis təqdimat mərasimində bildirib ki, Avropa çempionatı bitdikdən sonra yığmamızın şahıq türkiyəli çalışdırıcısı Ataman Güneyligilə təbrik üçün ona zəng edib: “Hesab edirəm ki, o, komandanı yaxşı tanımadı. Çalışmalıyıq ki, komandamızda nöqsanlar olmasın. Yığmadakı qızlar biz yetişdirmişik. Daxildə müəyyən anlaşılmazlıq ola bilər. Yarış öncəsi həyəcan qalxır. Məşqçi isə həyəcanı stabil saxlamalıdır, komandanı normal vəziyyətdə yarışlara çıxarmalıdır”.

Klubların fəaliyyətinin dayandırılmasına münasibət bildirən Qarayev deyib ki, bu günə kimi 10-11 komanda tarixin yaddaşına köçüb: “Bu qədər komanda bağlanmasaydı, Azərbaycanda xeyli sayda voleybol klubu mövcud olardı. Hər bir klubun maliyyə dayanaqlığı olmalıdır. Klubların 80-90 faiz “yükü” federasiyanın üzərindədir. Hazırda 11-12 nəfər voleybolçumuz xaricdə çıxış edir. Biz onları geri qaytarmalıyıq. “Xarı Bülbül Şuşa”, “Xarı Bülbül Laçın” komandaları da bizim üçün önəmlidirlər. Heç birin fəaliyyətinin dayandırmasını istəmərik. Kubların sayını artırmaq bizim əsas məqsədimizdir”.

Banuçiçək Hüseynli
İdman.biz