Polina Rəhimovanın gözlədiyi top-komanda

Xəbərlər
26 Dekabr 2023 17:08
188
Polina Rəhimovanın gözlədiyi top-komanda

Türkiyənin "Ankara Karayolları" klubu ilə müqavilə imzalayan Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova "Vakıfbank"la oyunda debüt edə bilər.

İdman.biz xəbər verir ki, ölkə çempionatının 14-cü turu çərçivəsində Ankara təmsilçisi yanvarın 5-də öz meydanında istanbulluları qəbul edəcək.

Polinanın üz-üzə gələcəyi gözlənilən rəqib təkcə Türkiyədə deyil, həmçinin Avropa və dünya voleybolunda top-komanda hesab edilir.

Qeyd edək ki, "Ankara Karayolları" Rəhimovnın karyerasında dördüncü türk klubudur. Yeni transferə qədər voleybolçumuz “Küzeyboru”, “Türk Hava Yolları” və “Fənərbaxça”da çıxış edib.

Zəki Feyzullayev
İdman.biz