Azərbaycan millisinin yeni baş məşqçisinin adı dəqiqləşib - EKSKLÜZİV

Xəbərlər
25 Dekabr 2023 16:37
1 348
Azərbaycan millisinin yeni baş məşqçisinin adı dəqiqləşib - EKSKLÜZİV

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisinin adı dəqiqləşib.

İdman.bizin əldə etdiyi məlumata görə, yığmamız yenidən təcrübəli mütəxəssis Faiq Qarayevə həvalə edilib.

O, voleybolumuzun son illərdə itirilən nüfuzunu özünə qaytarmağa çalışacaq. Azərbaycan Voleybol Federasiyasında vitse-prezident postunu tutan və ölkəmizdə idmanın bu növünün inkişafında xüsusi payı olan 64 yaşlı mütəxəssisin köhnə-yeni işində ilk sınağı Qızıl Avropa Liqasına təsadüf edəcək.

Müxtəlif vaxtlarda millinin baş məşqçisi olan Qarayev son olaraq komandamızı Yaponiyada keçirilən DÇ-2018-ə aparıb. Yığmada sonuncu dəfə bu vəzifəni isə türkiyəli Ataman Güneyligil icra edib. AÇ-2023-də uğursuz çıxış səbəbindən onunla müqavilə artırılmayıb.

Qeyd edək ki, qadın voleybolçulardan ibarət yığmamızın dünya və Avropa çempionatında uğurlu çıxışı, həmçinin “Azərreyl”in Avropa tanınması məhz Qarayevin adı ilə bağlıdır. Onun təqdimatı dekabrın 27-də olacaq.

Hüseyn Vaqif
İdman.biz