Azərbaycanlı voleybolçu Türkiyə klubunda

Xəbərlər
24 Dekabr 2023 11:48
200
Azərbaycanlı voleybolçu Türkiyə klubunda

Azərbaycanlı voleybolçu karyerasını Türkiyədə davam etdirəcək.

İdman.biz xəbər verir ki, Polina Rəhimova “Ankara Karayolları” klubu ilə müqavilə imzalayıb.

Tərəflər arasında razılaşma mövsümün sonunadək nəzərdə tutulub. “Ankara Karayolları” 4 xalla Türkiyə voleybol liqasında sonuncu pillədə qərarlaşıb. Rəhimova təcrübəsi sayəsində komandanı çətin vəziyyətdən çıxmağa kömək edəcək.

Qeyd edək ki, Polina mövsümün birinci hissəsini Vyetnamda keçirib. O, “Duc Giang Соmpany” klubunu gümüş medal qazanıb və liqanın ən yaxşı hücumçusu seçilib.

İdman.biz