Bu gün voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunlar keçiriləcək.
İdman.Biz xəbər verir ki, kişilərin yarışında səkkizinci turdan təxirə salınmış matç baş tutacaq.
“Azerreyl” “Xilasedici” ilə qarşılaşacaq. Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 17:00-da start götürəcək.
Qadınların mübarizəsində isə doqquzuncu turun iki matçı təşkil olunacaq. “Murov Az Terminal” “Turan”la, “Milli Aviasiya Akademiyası” “DH Volley”lə qarşılaşacaq.
Hər iki matç saat 17:00-da başlayacaq. İlk oyun “Murov Az Terminal”ın, ikinci matç isə “Milli Aviasiya Akademiyası”ının idman zalında gerçəkləşəcək.
