“Abşeron”la autsayderin oyununun vaxtı bəlli olub

Xəbərlər
17 Dekabr 2023 16:59
107
“Abşeron”la autsayderin oyununun vaxtı bəlli olub

Voleybol üzrə Azərbaycan çempionatlarında növbəti oyunların vaxtı bilinib.

İdman.biz xəbər verir ki, dekabrın 18-də iki qarşılaşma baş tutacaq.

Günün ilk qarşılaşmasında kişi voleybolçular meydana çıxacaqlar. GİN-nin Voleybol Mərkəzində “Xarı Bülbül Laçın” komandası “Neftçi” ilə üz-üzə gələcək.

Qadınların yarışında isə “Abşeron” UNEC-in qonağı olacaq. Liderlə autsayderin matçı saat 19:00-da başlanacaq.

18 dekabr
Yüksək Liqa (kişilər)

15:00. “Xarı Bülbül Laçın” - “Neftçi”
GİN-nin Voleybol Mərkəzi

Yüksək Liqa (qadınlar)
19:00. UNEC - “Abşeron”
UNEC VK-nun idman zalı

İdman.biz