"Azerreyl" səfərdə "Gəncə"ni məğlub edib - YENİLƏNİB + FOTO

Xəbərlər
14 Oktyabr 2025 17:47
141
"Azerreyl" səfərdə "Gəncə"ni məğlub edib - YENİLƏNİB + FOTO

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilib.

İdman.Biz xəbər verir ki, turun açılış matçında "Azerreyl" səfərdə "Gəncə"yə qalib gəlib - 3:2. (18:25, 25:15, 22:25, 25:21, 10:15)

11:51

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə bu gün start veriləcək.

İdman.Biz xəbər verir ki, günün yeganə oyununda "Azerreyl" "Gəncə"nin qonağı olacaq.

Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da başlayacaq.

Qeyd edək ki, I turun "DH Volley" - "Abşeron" və UNEC - "Milli Aviasiya Akademiyasi" görüşləri oktyabrın 15-də baş tutacaq. "Gənclər" – "Xilasedici" oyununun keçiriləcəyi yer və vaxt hələlik bəlli deyil.

İdman.Biz