“Neftçi”də 6 oyunçuda yüksək hərarət: Matç təxirə salınıb

Xəbərlər
6 Dekabr 2023 14:18
148
“Neftçi”də 6 oyunçuda yüksək hərarət: Matç təxirə salınıb

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında keçirilməsi nəzərdə tutulan “Xarı Bülbül Laçın” - “Neftçi” baş tutmayacaq.

Voleybol Federasiyasından İdman.bizə verilən məlumata görə, buna “ağ-qaralar”ın oyunçuların səhhətində problem yaranması səbəb olub.

AVF-yə müraciət edən “Neftçi” komandanın 6 voleybolçusunda - Emin Abdullayev, Milad Salehi, Abdollah Azmoun, Mohammad Norouzi, Mohammad Abolhasanı və Mohsen Vazehidə yüksək hərarətin (diaqnoz- kəskin respirator xəstəlik, KRX) olduğunu bildirilib. Yarışın təşkilatçısı vəziyyəti nəzərə alaraq görüşün təxirə salınmasına qərar verib.

Matçın nə vaxt keçiriləcəyi ilə bağlı əlavə məlumat veriləcək.

İdman.biz