Bu ay Bakıda triatlon üzrə bir neçə yarış keçiriləcək.
İdman.biz xəbər verir ki, Azərbaycan Triatlon Federasiyası bu turnirləri ayın ortalarında keçirməyi planlaşdırıb.
Bakı çempionatı iyulun 13-14-də baş tutacaq. Yarış Su İdmanı Sarayının yaxınlığında yerləşən Avropa Oyunları Parkında keçiriləcək.
Eyni zamanda, gənc idmançıların iştirak edəcəyi triatlon üzrə “Tri Kids” liqası da keçiriləcək.
İdman.biz