Rostislav Pevtsov: “Bu, uzun və çətin yol idi”

Xəbərlər
28 May 2024 15:10
244
Rostislav Pevtsov: “Bu, uzun və çətin yol idi”

“Parisə bilet yekun olaraq təsdiqləndi”.

İdman.biz xəbər verir ki, bu sözlər Azərbaycan yığmasının triatlonçusu Rostislav Pevtsova məxsusdur.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançı bu uğurla bağlı paylaşım edib: “Uzun və çətin yol yüksəlişlər və enişlərlə oldu. Bu, bədənimin və zehnimin üçüncü Olimpiadama hazırlığı üçün təkandır. Üçündü dəfə - sadəcə gözəldir”.

Qeyd edək ki, idmançımız Rio-2016 və Tokio-2020-də də iştirak edib.

İdman.biz