Pirallahıda beynəlxalq yarış start götürüb - FOTO

Xəbərlər
26 May 2024 09:50
275
Pirallahıda beynəlxalq yarış start götürüb - FOTO

Pirallahı adasında “IronWinD” seriyasından Cənubi Qafqazda növbəti, ən uzun triatlon yarışının - klassik “yarı” IronWind 113 – beynəlxalq yarışına start verilib.

İdman.biz xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Qazaxıstan, Özbəkistan, Rusiya, Belarusiya, Böyük Britaniya , BƏƏ, Ukrayna, İrlandiya və Gürcüstandan ümumilikdə 200 idmançı iştirak edir.

Həm fərdi, həm də estafet formatında baş tutan yarışda üzgüçülük - 1,9 km, velosiped - 90 km və qaçış mərhələsi - 21,1 km nəzərdə tutulub.

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyinin, Triterra Baku Triathlon Club-un və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.

Aytac Sahəd
İdman.biz