Azərbaycan triatlonçusu İspaniyada hazırlaşacaq

Xəbərlər
31 Mart 2024 15:08
Azərbaycan triatlonçusu İspaniyada hazırlaşacaq

Azərbaycananın triatlon yığması İspaniyada təlim-məşq toplanışı keçəcək.

İdman.biz xəbər verir ki, komandanın üzvü Rostislav Pevtsov qarşıdakı yarışlara Syerra-Nevada da hazırlaşacaq.

O, Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda yarışır. Honqkonqda keçirilən son Dünya kubokunda 32-ci yeri tutan Pevtsovu qarşıda növbəti sınaq gözləyir. Rostislav dünya reytinqində 61-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, Olimpiadaya seçim mayın 27-də başa çatacaq.

İdman.biz