Azərbaycanın triatlonçusu dünya çempionatında çıxış edəcək

Xəbərlər
4 Sentyabr 2023 11:03
163
Azərbaycanın triatlonçusu dünya çempionatında çıxış edəcək

Triatlon üzrə Azərbaycan yığmasının baş məşqçisi Sergey Yatsenko komandanın lideri Rostislav Pevtsovun turnir planlarından danışıb.

İdman.biz-in məlumatına görə, idmançı hazırda üçüncü Olimpiadasına vəsiqə uğrunda mübarizə aparır.

"İndi Rostislav Fransa Pireneylərində təlim-məşq toplanışındadır. Onun növbəti startı isə sentyabrın 23-də İspaniyanın Pontevedra şəhərində keçiriləcək dünya çempionatı olacaq", - Yatsenko bildirib.

Bu mövsüm Pevtsov Krakovda keçirilən Avropa Oyunlarını altıncı, Macarıstanda keçirilən dünya çempionatında beşinci, Tanjerdə isə Afrika kubokunu qazanıb.

Nicat Zəkiyev

İdman.biz