Azərbaycan çempionu: “Çox çətin idi, xüsusən də qaçışda”

Xəbərlər
3 Sentyabr 2023 11:50
95
Azərbaycan çempionu: “Çox çətin idi, xüsusən də qaçışda”

Kseniya Voronina Mingəçevirdə qadınlar arasında triatlon üzrə Azərbaycan çempionatının qalibi olub.

İdman.biz-in məlumatına görə, idmançı etiraf edib ki, bu, onun Olimpiya məsafəsində ilk iştirak təcrübəsidir.

"Çox çətin idi, xüsusən də qaçışda. Finiş xəttinə yaxınlaşanda, ayaqlarımı çətinliklə tərpədirdim. Velosiped idmanı triatlonda mühüm rol oynayır və bu komponentdə uduzsanız, adətən qaçışda itirilmiş vaxtın əvəzini çıxa bilməzsiniz. Mənim qarşımda Olimpiya məsafəsində özümü sınamaq, finişə çatmaq vəzifəsi var idi. Şadam ki, bu, məndə alındı", - Voronina deyib.

Nicat Zəkiyev

İdman.biz