Sentyabrın 3-də Mingəçevirdə triatlon üzrə Azərbaycan çempionatı keçiriləcək. Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqasının birgə təşkilatçılığı ilə baş tutacaq yarış aşağıdakı kateqoriyalar üzrə keçiriləcək:
- 10-13 yaş (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km)
- 14-17 yaş (üzgüçülük 300 m, velosiped 8 km, qaçış 2 km)
- 18 yaşdan yuxarı (Gənc/U23/Elit) (üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km)
- Komanda (estafet) (üzgüçülük 1500 m, velosiped 40 km, qaçış 10 km)
Yarışda iştirak üçün öncədən qeydiyyatdan keçmək lazımdır. Bunun üçün heç bir ödəniş tələb olunmur.
Yarışa qoşulmaq istəyənlər 31 avqust 2023-cü il tarixədək aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:
https://forms.gle/z5skPfmsBhKkW7tp7
İdman.biz