Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə beynəlxalq turnirdə iştirak edəcək.
İdman.biz xəbər verir ki, yeniyetmə idmançısı Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Nikolay Nikitinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə mübarizə aparacaq.
O, 2010-cu il təvəllüdlü tennisçilərin yarışında etimadı doğrultmağa çalışacaq.
Qeyd edək ki, Quluzadə turnirə hazırlıq üçün komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə noyabrın 11-dən 26-dək Çində təşkil olunan beynəlxalq təlim-məşq tolanışında olub.
İdman.biz