Rıbakina və Zverev “US Open”də rekord məbləğdə mükafat qazanıblar

14 Sentyabr 2026 12:18
72
Rıbakina və Zverev “US Open”də rekord məbləğdə mükafat qazanıblar

Almaniyalı tennisçi Aleksandr Zverev və Qazaxıstan təmsilçisi Yelena Rıbakina tennis tarixində rəsmi turnirlər üçün rekord məbləğdə mükafat qazanıblar.

İdman.Biz xəbər verir ki, buna onların “US Open”dəki qələbəsi səbəb olub.

Turnirin kişi və qadınlar arasında təkler yarışının qaliblərinin hər biri 5,5 milyon dollar əldə edib.

Finalda məğlub olan amerikalı Ben Shelton və belaruslu Arina Sobolenko isə hərəyə 2,8 milyon dollar qazanıblar.

Bundan əvvəl rekord məbləğ 2025-ci ildə “US Open”də qalib gələn ispaniyalı Karlos Alvarez və Sobolenkoya məxsus idi. Onlar həmin turnirdəki qələbəyə görə 5 milyon dollar əldə etmişdilər.

Tennis tarixində ümumi rekord isə Yannik Sinnerə məxsusdur. İtaliyalı 2024 və 2025-ci illərdə Səudiyyə Ərəbistanında keçirilən nümayiş xarakterli turnirin qalibi olub və hər iki halda 6 milyon dollar mükafat qazanıb.

İdman.Biz