Federasiya prezidenti Azərbaycan padel millisinin məşqində

18 Sentyabr 2026 10:40
119
Federasiya prezidenti Azərbaycan padel millisinin məşqində

Azərbaycan Tennis və Padel Federasiyasının prezidenti Ənvər Ənvərli İspaniyanın paytaxtı Madriddə keçiriləcək padel üzrə dünya çempionatına hazırlaşan milli komandanın təlim-məşq toplanışına qoşulub.

İdman.Biz xəbər verir ki, federasiya prezidenti məşq prosesini yaxından izləyib və komandanın hazırlıq vəziyyəti ilə tanış olub.

Ənvər Ənvərli qarşıdakı mötəbər yarış öncəsi milli komandanın üzvləri ilə görüşərək onlara uğurlar arzulayıb.

Milli komanda hazırlıq proqramına uyğun olaraq fiziki və texniki məşqlərini davam etdirir. Hazırlığın əsas məqsədi Madriddə Azərbaycanı layiqincə təmsil etmək və ölkənin padel üzrə beynəlxalq arenadakı mövqeyini daha da gücləndirməkdir.

İdman.Biz