İtaliyalı tennisçi, dünya reytinqinin lideri Yannik Sinner zədə səbəbindən Pekində keçiriləcək "ATP-500" turnirində iştirak etməyəcəyini açıqlayıb.Çinin paytaxtında keçiriləcək yarış sentyabrın 30-dan oktyabrın 6-dək davam edəcək.
İdman.Biz xəbər verir ki, Sinner ötən il turnirin qalibi olub və bu il titulunu qoruya bilməyəcək.
“Mənim dizim hələ istədiyim vəziyyətdə deyil. Yarışlara qayıtmağa hələ hazır deyiləm. Mümkün qədər tez korta çıxmaq üçün əlimdən gələni edəcəyəm. Ən çox Pekindəki atmosfer və azarkeşlər üçün darıxacağam. Ötən il sizin qarşınızda oynamaqdan böyük zövq almışdım”, - Sinner sosial şəbəkə yayımladığı videoda deyib.
Sinner iyulun ortalarında Uimbldonun finalında qalib gəldikdən sonra korta çıxmayıb. Dizindəki problem səbəbindən 25 yaşlı tennisçi ABŞ Açıq çempionatında da iştirakdan imtina edib.
