Bu gün Moldovada “Billie Jean King Cup” tennis turnirinə start verilib.
İdman.biz xəbər verir ki, qadınlar arasında keçirilən beynəlxalq turnirin 3-cü qrupunda Azərbaycan millisi ilk oyununu keçirib.
Məşqçi Rauf Eyvazovun rəhbərliyi altında Mişel Cahangirova, Lalə Eyvazova və Lamiyə Hüseyn ibarət yığmamız Albaniya, İrlandiya və ev sahibi Moldova komandaları ilə eyni qrupda yarışır. Tennisçilərimiz ilk oyunda irlandiyalılarla qüvvələrini sınayıblar. Rəqib komanda hər 3 görüşü qələbə ilə başa vurub.
Qeyd edək ki, millimiz sabah Moldova ilə qarşılaşacaq.
İdman.biz