Dünyanın bir nömrəli raketkası Novak Cokoviç mövsümü 8-ci dəfə lider kimi başa vuracaq.
İdman.biz xəbər verir ki, serbiyalının İtaliyanın Turin şəhərində keçirilən ATP final turnirinin qrup mərhələsində inamlı çıxışı buna səbəb olub.
O, danimarkalı Holqer Rune üzərində 2:1 (7:6, 6:7, 6:3) hesabı ilə qələbə qazanıb. Cokoviç bununla da növbəti rekord vurub.
36 yaşlı serb 97 dəfə ATP titulunu əldə edibb, həmçinin 24 dəfə “Böyük Dəbilqə”nin birincisi olub.
Dünyanın 10-cu raketkası 20 yaşlı Rune isə 4 dəfə ATP turnirinin qalibi adına yiyələnib.
Qeyd edək ki, turnir noyabrın 19-da başa çatacaq.