Dünyanın bir nömrəsinə növbəti zərbə: Rıbakina US Open çempionudur

13 Sentyabr 2026 09:34
107
Dünyanın bir nömrəsinə növbəti zərbə: Rıbakina US Open çempionudur

Tennis üzrə dünyanın ikinci raketkası Yelena Rıbakina US Open-2026-nın qadınların fərdi yarışında qalib olub.

İdman.Biz xəbər verir ki, 27 yaşlı Qazaxıstan təmsilçisi finalda dünyanın bir nömrəli raketkası, belaruslu Arina Sobolenkonu 6:4, 5:7, 6:2 hesabı ilə məğlub edib.

Görüş 2 saat 23 dəqiqə davam edib. 27 yaşlı Rıbakina 12 eys edib, beş qoşa səhvə yol verib və 12 breyk-poyntdan üçünü reallaşdırıb. Onun 28 yaşlı rəqibinin hesabında altı eys, üç qoşa səhv və üç breyk-poyntdan bir reallaşdırılmış imkan var.

Bu, Rıbakinanın karyerasında hazırkı dünya reytinqinin lideri üzərində 10-cu qələbəsi olub.

Qeyd edək ki, bu titul tennisçinin “Böyük Dəbilqə” turnirlərində üçüncü çempionluğudur. Rıbakina daha əvvəl 2022-ci ildə Uimbldonda, 2026-cı ildə isə Avstraliya Açıq Çempionatında qalib olub. O, 2025-ci ildə WTA-nın Yekun Turnirinin də çempionu adını qazanıb.

US Open-2026-nın qadınların fərdi yarışı 30 avqust - 12 sentyabr tarixlərində keçirilib.

İdman.Biz