Nadal çətin seçim qarşısında - ETİRAF

Xəbərlər
11 May 2024 18:26
93
Nadal çətin seçim qarşısında - ETİRAF

Rafael Nadalın Rolan Qarros-2024-də çıxışı sual altındadır.

İdman.biz xəbər verir ki, bu barədə ispaniyalı tennisçi özü məlumat verib.

“Böyük Dəbilqə” turnirlərinin 22 qat qalibi Roma Masters turnirinin 2-ci mərhələsində mübarizəni dayandırıb. Nadal polşalı Hubert Hurkaça 1:6, 3:6 hesabları ilə uduzub. Oyundan sonra Rafael gələcək karyerası ilə bağlı suala cavab verib: “Hələlik qərar qəbul etmək istəmirəm. İki yolum var. Məncə, “Rolan Qarros”da iştirak etməyə hazır deyiləm. Yarışın startına 2 həftə qalıb, vəziyyəti dəyişmək üçün bütün imkanlardan istifadə edəcəyik. Çox çətindir, məyusam, amma cəhd etməyə çalışacam”.

Qeyd edək ki, Nadal Rolan Qarrosda 14 dəfə qələbə qazanıb.

İdman.biz