Alkaras Nadalın rekorduna şərik olub

Xəbərlər
30 Aprel 2024 23:51
110
Alkaras Nadalın rekorduna şərik olub

Karlos Alkaras həmyerlisi Rafael Nadalın nəticəsini təkrar edib.

İdman.biz xəbər verir ki, hər iki tennisçi Madrid Masters turnirində ardıcıl 14 qələbə qazanıb.

1/4 finalda rusiyalı Andrey Rublyovla qarşılaşacaq Alkaras qələbə sayəsində mütləq rekordçu olacaq. 20 yaşlı idmançı torpaq örtükdə keçirilən son 2 yarışda qalib gəlib. O, 2022-ci və 2023-cü illərdə Madriddə keçiridyi bütün görüşləri qələbə ilə başa vurub. Nadal isə İspaniya paytaxtında 5 dəfə ən güclü olub (2005, 2010, 2013, 2014, 2017).

Qeyd edək ki, Karlos 1/8 finalda alman Yan-Lennard Ştruffa 3 setdə qalib gəlib (6:3, 6:7 (5:7), 7:6 (7:4)).

İdman.biz