Novak Cokoviç ATP Tour-da rəqabətlə bağlı maraqlı açıqlamalar verib

Xəbərlər
11 Sentyabr 2023 17:29
160
Novak Cokoviç ATP Tour-da rəqabətlə bağlı maraqlı açıqlamalar verib

Serbiyalı tennisçi Novak Cokovic, US Open 2023-də qalib gəldikdən sonra, builki ATP turunda rəqabəti onun əsas rəqibləri isveçrəli Rojer Federer, ispan Rafael Nadal və britaniyalı Endi Mörrey olduğu dövrlə müqayisə edib. İdman.biz Cokoviçin mətbuat konfransında səsləndirdiyi fikirləri sizə təqdim edir.

“Bu fərqli rəqabətdir, çünki hazırda olan tennisçilərlə də gərgin mübarizə var. Ən yüksək səviyyədə üz-üzə gəldiyimiz illərin çoxunda Böyük Dəbilqə finalında Rojer, Rafa və ya Endi ilə qarşılaşmaq şansım yüksək idi.

Bu gün fərqlidir. Mən bu il Alkarazla üç epik oyun keçirdim və düşünürəm ki, bu səbəbdən də növbəti rəqabətlə bağlı müzakirələr gedir.

Düşünürəm ki, bizim idmanımızda çox yaxşı bir rəqabət mövcuddur. Alkarazın Sinner ilə mübarizəsini qeyd etməliyəm. Rune də var. Əlbəttə, Zverev, Tsitsipas, Medvedev nəsli haqqında da ağız dolusu danışa bilərəm... bunlar hələ də dünyanın ilk 5-liyində və ilk 10-luğunda olan tennisçilərdir... Tennis hələ də yaxşı vəziyyətdədir”.

İdman.biz