Rublyov Dubayda diskvalifikasiya olunub

Xəbərlər
1 Mart 2024 20:04
162
Rublyov Dubayda diskvalifikasiya olunub

Rusiyalı tennisçi Andrey Rublyov Dubayda diskvalifikasiya olunub.

İdman.biz xəbər verir ki, o, ATP-500 kateqoriyakı turnirdə hakimi təhqir edib.

Rublyov Aleksandr Bubliklə (Qazaxıstan) yarımfinal matçının 3-cü setində xətt hakiminin qərarı ilə razılaşmayıb. O, rus dilində söyüş söyüb və ədalət təmsilçisinin onu anlamasından xəbərsiz olub. Nəticədə hakim matçın supervayzerinə yaxınlaşıb və Andreyin təhqiri ilə üzləşdiyini izah edib. Qərardan etiraz etməsinə baxmayaraq, Rublyov oyunu yarımçıq dayandırıb.

Qeyd edək ki, hadisə üçüncü setin sonlarında Bublik hesabda öndə olarkən baş verib (6:7 (4:7), 7:6 (7:5), 6:5).

İdman.biz