Avstraliyada ilk italyan – Yannik Sinner

Xəbərlər
28 Yanvar 2024 19:45
119
Avstraliyada ilk italyan – Yannik Sinner

İtaliyalı tennisçi Yannik Sinner “Australian Open”in qalibi olub.

İdman.biz xəbər verir ki, o, finalda rusiyalı Daniil Medvedyevi məğlub edib.

Beş set davam edən qarşılaşmada Sinner 0:2 hesabı ilə məğlub vəziyyətə düşsə də, böyük əzimkarlıq göstərib. Ardıcıl 3 setdə qalib gələn Yannik karyerasında ilk “Böyük Dəbilqə” turnirində qələbə qazanıb. O, Avstraliyada bu uğura imza atan italiyalı raketka ustası olub. Bundan başqa, Sinner 48 ildən sonra “Böyük Dəbilqə” turnirlərində çempion olan italiyalı kimi tarixə düşüb.

Medvedyev isə karyerasında ikinci dəfə 2:0 hesablı üstünlüyü qoruya bilməyib. O, “Böyük Dəbilqə”də bu uğursuzluğu yaşayan ilk tennisçi olub. Bundan əvvəl Daniil 2022-ci ildə, məhz Avstraliyada Rafael Nadalla qarşılaşmada eyni aqibəti yaşayıb.

Australian Open
Final
Yannik Sinner (İtaliya) – Daniil Medvedyev (Rusiya) – 3:2 (3:6, 3:6, 6:4, 6:4, 6:3)

İdman.biz