Uimbldonda bütün sabiq çempionlar dayandı: Yeni qalib olacaq

5 İyul 2026 22:12
79
Uimbldonda bütün sabiq çempionlar dayandı: Yeni qalib olacaq

Uimbldon-2026-da qadınların tək yarışında yeni çempion müəyyənləşəcək.

İdman.Biz xəbər verir ki, turnirdə daha əvvəl titul qazanan bütün tennisçilər mübarizəni dayandırıblar.

Hazırkı çempion, dünyanın üçüncü raketkası İqa Şvyontek üçüncü mərhələdə Filippin təmsilçisi Aleksandra Ealaya məğlub olub.

2024-cü ilin qalibi Barbora Kreyçikova da turnirlə vidalaşıb. Dünyanın 38-ci raketkası olan çexiyalı tennisçi dördüncü mərhələdə həmyerlisi Karolina Muxovaya uduzub.

Uimbldon-2022-nin çempionu, dünyanın ikinci raketkası Yelena Rıbakina isə üçüncü mərhələdə belçikalı Elisa Mertensə məğlub olub.

Qeyd edək ki, Uimbldon-2026 iyunun 29-da başlayıb və iyulun 12-də başa çatacaq.

İdman.Biz