Serbiyalı tennisçi Novak Cokoviç Uimbldon turnirində tarixi nəticəyə imza atıb.
İdman.Biz xəbər verir ki, yeddiqat Uimbldon çempionu yarışda 106-cı qələbəsini qazanaraq Rocer Federeri geridə qoyub. İsveçrəli əfsanənin Uimbldonda səkkiz titulu və 105 qələbəsi var.
Cokoviç 1/8 finalda rusiyalı Roman Safiullini məğlub edib. Görüş serbiyalı tennisçinin 7:6 (8:6), 6:3, 3:6, 6:3 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra Novak Cokoviç 1/4 finala yüksəlib. Onun növbəti rəqibi Feliks Oje-Alyassimlə (Kanada) Alexandro Davidoviç-Fokina (İspaniya) arasındakı matçın qalibi olacaq.
Qeyd edək ki, Uimbldon-2026 iyunun 29-da başlayıb və iyulun 12-də başa çatacaq. Turnirin hazırkı qalibi dünyanın bir nömrəsi Yannik Sinnerdir.
