Dünyanın 1 nömrəli tennisçisi, belaruslu Arina Sabalenka, açılış matçında serbiyalı Teodora Kostoviçi (reytinqdə 184-cü yerdə) 6:2, 6:3 hesabları ilə məğlub edərək Uimbldon turnirinin ikinci mərhələsinə yüksəlib.
İdman.Biz bildirir ki, tennisçilər meydanda 1 saat 4 dəqiqə vaxt keçiriblər.
İkinci mərhələdə Sabalenka ukraynalı tennisçi Aleksandra Oleynikova ilə amerikalı Makkartni Kessler arasındakı matçın qalibi ilə qarşılaşacaq.
