Qadın tennisçilərimiz “Billie Jean King Cup”da mübarizəyə başladı

17 İyun 2026 13:56
90
Qadın tennisçilərimiz “Billie Jean King Cup”da mübarizəyə başladı

Qadınlardan ibarət Azərbaycan tennis millisi San-Marinoda keçirilən “Billie Jean King Cup” turnirində mübarizəyə başlayıb.

İdman.Biz xəbər verir ki, Avropa üçüncü qrupunun oyunlarında ölkəmizi Lalə Eyvazova, Mədinə Babayeva və Mişel Cahangirova təmsil edirlər.

Yığma komandanın məşqçisi Rauf Eyvazovdur.

Qeyd edək ki, yarış 20 iyunda başa çatacaq.

İdman.Biz