Sabalenka “Rolan Qarros”da məğlubiyyətdən sonra psixoloqa müraciət edib

15 İyun 2026 23:39
74
Sabalenka “Rolan Qarros”da məğlubiyyətdən sonra psixoloqa müraciət edib

Dünyanın 1 nömrəli tennisçisi belaruslu Arina Sabalenka “Rolan Qarros” turnirinin dörddəbir finalında Diana Şnayderə məğlub olduqdan sonra psixoloqdan kömək istədiyini bildirib.

İdman.Biz bildirir ki, qarşılaşma 6:3, 5:7, 0:6 hesabı ilə qurtarıb.

“Komanda olaraq çox danışdıq. Əvvəllər birlikdə işlədiyim bir psixoloqa zəng etdim. Sadəcə son illərdə yaşadığım hər şey haqqında danışmalı olduğumu hiss etdim, neçə il olduğunu belə bilmirəm. Bu, həqiqətən faydalı oldu. Çox şeyi dəyişdim və indi bir çox yeni şeylər sınayıram. İrəliləmək və bu vəziyyətləri təkrarlamamaq üçün bəzən həmin matçlarda nələrin baş verdiyini anlamalı olduğumu hiss edirəm”, - deyə “Bounces” Sabalenkanın sözlərini sitat gətirir.

İdman.Biz