Stolüstü tennis üzrə veteranlar arasında Azərbaycan çempionatına yekun vurulub.
İdman.Biz xəbər verir ki, yarış “Şüa İdman Kompleksi”ndə təşkil olunub. İki gün davam edən ölkə birinciliyində 60-a yaxın iştirakçı bacarığını nümayiş etdirib.
Kişilər 40-49, 50-59, 60-69, 70 və daha yuxarı yaş qruplarında mübarizə aparıblar. Qadınlar isə 40 yaşdan yuxarı yaş qrupunda qüvvələrini sınayıblar.
Yarışın yekununda müxtəlif yaş kateqoriyaları üzrə qaliblər və mükafatçılar müəyyənləşib.

Qadınlar
1.Kuvayeva Marina
2.Kayumova Svetlana
3.Al-Saayadex Səidə

Kişilər(40-49)
1.Cəbiyev Mahir
2.Əliyev Orxan
3.Mikayılov Zaur
Kişilər(50-59)
1.Məmmədov Vaqif
2.Aslanov Zakir
3.Heydəri Əli
(60-69)
1.Həsənov Məzahir
2.Ağayev İlham
3.Musayev Valeh
(70 və yuxarı)
1.Axundov Rasim
2.Ağazadə Muxtar
3.Hüseynov Firudin
Qoşa
1.Mikayılov Zaur- Heydəri Əli
2.Əliyev Orxan-Vedmid Sergey
3. Adıgözəlov Tərlan- Məhərrəmov Oskar
