“Rolan Qarros”da qadınlar arasında finalçılar məlum olub

4 İyun 2026 22:51
106
“Rolan Qarros”da qadınlar arasında finalçılar məlum olub

Dünyanın 23-cü raketkası rusiyalı tennisçi Diana Şnayder 2026-cı il Fransa Açıq Çempionatının finalına çıxa bilməyib.

İdman.Biz bildirir ki, yarımfinalda o, polşalı Maya Xvalınskaya (114-cü yerdə) 6:7 (4:7), 4:6 hesabları ilə məğlub olub.

Görüş 2 saat 10 dəqiqə davam edib.

Maya Xvalınska “Rolan Qarros” titulu uğrunda dünya səkkizinci raketkası, rusiyalı Mirra Andreyeva ilə mübarizə aparacaq.

Andreyeva yarımfianlda ukraynalı Marta Kostyuku məğlub edib – 6:1, 6:3.

İdman.Biz