Nadal mübarizəni 1/4 finalda dayandırıb

Xəbərlər
5 Yanvar 2024 18:29
122
Nadal mübarizəni 1/4 finalda dayandırıb

Uzun sürən zədədən sonra korta dönən Rafael Nadal Brisben (Avstraliya) turnirində mübarizəni dayandırıb.

İdman.biz xəbər verir ki, ispaniyalı tennisçi ¼ finalda uduzub.

ATP reytinq sıaralamasında 672-ci pilləyə enən Nadal yerli tennisçi Cordan Tompsona məğlub olub. Gərgin keçən qarşılaşma 3 saat 26 dəqiqə sürüb. Tompson 2:1 (5:7, 7:6 (8:6), 6:3) hesabı ilə qələbə qazanıb. Rafael oyunda 7 eyslə yadda qalıb.

Qeyd edək ki, ispaniyalı tennisçi növbəti həftə start götürəcək Australian Opendə çıxış edəcək.

İdman.biz