İtaliyalı tennisçi İndian Uellsdə keçirilən qarşılaşmadan əvvəl təhdidlər aldığını bildirib

5 Mart 2026 04:12
282
İtaliyalı tennisçi İndian Uellsdə keçirilən qarşılaşmadan əvvəl təhdidlər aldığını bildirib

İtalyan tennisçi Lukretsia Stefanini, ABŞ-ın İndian Uells şəhərində keçirilən WTA-1000 turnirində seçmə mərhələ matçından əvvəl aldığı sosial media mesajı ilə bağlı təfərrüatları paylaşıb.

İdman.Biz bildirir ki, naməlum şəxs idmançıya mesaj göndərərək Viktoriya Ximenes-Kasintsevaya ilə görüşdə qalib gələcəyi təqdirdə nəticələr barədə xəbərdarlıq edib.

Lukretsia Qadın Tennis Assosiasiyasına (WTA) məlumat verib və bundan sonra o, mühafizə ilə təmin edilib.

İtalyan idmançı matçda 6:4, 4:6, 4:6 hesabları ilə məğlub olub.

İdman.Biz