ATP iki turniri ləğv edib və tennisçilərə öz pullarına evə qayıtmağı təklif edib

3 Mart 2026 23:57
102
ATP iki turniri ləğv edib və tennisçilərə öz pullarına evə qayıtmağı təklif edib

Belaruslu tennisçi İlya İvaşko bildirib ki, Peşəkar Tennisçilər Assosiasiyası (ATP) ona Fujayradakı hər iki turnirin ləğvi barədə bildiriş göndərib.

İdman.Biz bildirir ki, tennisçilərə adambaşına 5000 avroya çarter reysi ilə ölkəni tərk etmək təklif edilib.

“Buradakı hər iki “Challenger” turniri (Fujayra 1, Fujayra 2) rəsmi olaraq ləğv edilib. ATP 5 martda Maskatdan saat 15:00-da Milana uçan çarter reysi planlaşdırır. Qiymət adambaşına 5000 avrodur. Səbriniz və anlayışınız üçün hamınıza təşəkkür edirik. Səyahətinizi təhlükəsiz və uğurlu olsun!”, - deyə məktubda bildirilir.

“Şərhə ehtiyac yoxdur”, - İvaşko yazıb.

Daha əvvəl Fujayradakı “Challenger” turnirindəki oyunlar şəhər ərazisində partlayışlar barədə məlumatlardan sonra dayandırılmışdı. Partlayış turnir məkanından təxminən 13 kilometr aralıda baş verib.

İdman.Biz