2025-ci ilin ən çox qazanan qadın idmançılarının siyahısı açıqlandı

Xəbərlər
4 Dekabr 2025 09:08
50
2025-ci ilin ən çox qazanan qadın idmançılarının siyahısı açıqlandı

İkiqat “Böyük Dəbilqə” çempionu və dünyanın 3-cü raketkası, amerikalı tennisçi Kori Qauff 2025-ci ilin ən çox qazanan qadın idmançısı olub.

İdman.Biz Sportico-ya istinadla xəbər verir ki, o, il ərzində 31 milyon dollar qazanıb. Bunun 23 milyon dolları sponsorluq müqavilələrindən əldə edilib.

İkinci yeri dördqat “Böyük Dəbilqə” qalibi və dünyanın 1-ci raketkası, belaruslu Arina Sabalenka (31 milyon dollar) tutub.

İlk üçlüyü altıqat “Böyük Dəbilqə” çempionu və dünyanın 2-ci raketkası, polşalı İqa Şventek (23,1 milyon dollar) tamamlayıb.

Ən çox qazanan qadın idmançıların top 15-liyinə 10 tennisçi daxildir.

İdman.Biz