Tallinndə olimpiya kateqoriyaları üzrə keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir.
İdman.biz-in məlumatına görə, Estoniyanın paytaxtında keçirilən yarışda Həmidreza Badrialiabadi (+80 kq) fərqlənərək gümüş medal qazanıb.
Bu, artıq komandanın ikinci medalıdır: bir gün əvvəl Cavad Ağayev (68 kq) da gümüş qazanıb.
Maraqlıdır ki, Tallinndə böyüklərlə paralel olaraq gənclər arasında qitə birinciliyi də keçirilir və burada taekvondoçularımız iki dəfə fərqləniblər. Gümüş Səlimə Quliyevaya (42 kq), bürünc isə Məhəmməd Həsənliyə (45 kq) məxsusdur.
Nicat Zəkiyev
İdman.biz