21–24 sentyabr tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda taekvondo üzrə uşaqlar arasında ölkə birinciliyi və 16–21 yaşlılar arasında ölkə çempionatı təşkil olunacaq.
İdman.Biz xəbər verir ki, dörd gün davam edəcək yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və cəmiyyətlərindən taekvondoçular qüvvələrini sınayacaqlar.
Uşaqlar arasında ölkə birinciliyində 2015–2017-ci il təvəllüdlü oğlan və qızlar iştirak edəcəklər. Oğlanlar və qızlar 27 kq, 30 kq, 33 kq, 36 kq, 40 kq, 44 kq, 48 kq, 52 kq, 57 kq və +57 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
16–21 yaşlılar arasında ölkə çempionatında isə 2005–2009-cu il təvəllüdlü idmançılar yarışacaqlar. Oğlanların mübarizəsi 54 kq, 58 kq, 63 kq, 68 kq, 74 kq, 80 kq, 87 kq və +87 kq, qızların yarışı isə 46 kq, 49 kq, 53 kq, 57 kq, 62 kq, 67 kq, 73 kq və +73 kq çəki dərəcələrində keçiriləcək.
Yarışın ilk iki günündə uşaqlar arasında ölkə birinciliyinin, son iki günündə isə 16–21 yaşlılar arasında ölkə çempionatının görüşləri baş tutacaq.
