Sentyabrın 25-də Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunda taekvondo üzrə gənclər arasında “Koreya Səfiri Kuboku” keçiriləcək.
İdman.Biz xəbər verir ki, bir gün davam edəcək yarışda Azərbaycanın müxtəlif şəhər və rayonlarını təmsil edən idman klubları və təşkilatlarından taekvondoçular iştirak edəcəklər.
Turnirdə 2009–2011-ci il təvəllüdlü oğlan və qız idmançılar mübarizə aparacaqlar.
Gənc oğlanların yarışında 48 kq, 55 kq, 63 kq, 73 kq və +73 kq, gənc qızların mübarizəsində isə 44 kq, 49 kq, 55 kq, 63 kq və +63 kq çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək.
Yarış Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Dünya Taekvondo Federasiyasının yarış qaydalarına və Azərbaycan Taekvondo Federasiyasının qüvvədə olan normativ tələblərinə uyğun keçiriləcək.
