Taekvondo üzrə Rusiyaya qoyulan məhdudiyyət aradan qaldırıldı

15 Sentyabr 2026 15:09
75
Taekvondo üzrə Rusiyaya qoyulan məhdudiyyət aradan qaldırıldı

Taekvondo üzrə Dünya Federasiyası (World Taekwondo) Rusiyada beynəlxalq turnirlərin təşkilinə qoyulan məhdudiyyəti aradan qaldırıb.

İdman.Biz xəbər verir ki, qərar qurumun Cənubi Koreyanın Çunçon şəhərində keçirilən növbədənkənar Şura iclasında qəbul olunub.

Qeyd edək ki, yanvarda rusiyalı və belaruslu taekvondoçuların beynəlxalq yarışlarda dövlət bayrağı və himnlə iştirakına icazə verilub. Lakin həmin vaxt Rusiyada beynəlxalq yarışların keçirilməsi qadağası qüvvədə qalırdı. Yeni qərarla bu məhdudiyyət də götürülüb.

İdman.Biz